“Heç nədən şikayətlənməyə haqqım yoxdur. Azərbaycan bizim qapımıza 1 zərbə belə endirmədi. Heç nədən yaranan qolu saymasaq”.
Newsport.az-ın verdiyi məlumata görə, bu sözləri millimizlə oyundan sonra İtaliya yığmasının baş məşqçisi Antonio Konte deyib.
Konte millimizin yalnız müdafiə olunduğunu vurğulayıb: “Rəqib qapısı qarşısında yaratdığımız şanslardan daha yaxşı faydalanmalıyıq. Bu gün xeyli şansı boşa verdik. Azərbaycan bura müdafiə olunmaq üçün gəlmişdi. Onlar yalnız standard vəziyyətlərdən yararlanmağa ümid edirdilər. Praktiki olaraq istəklərinə çatdılar da. Minimal hesablı qələbə qazansaq da, komandam daha artığına layiq idi”.
“Football Italia”