“Bu gün mən hər şey etdim. Hən pis, həm də yaxşı. Avtoqol? Top naməlum yerdən gəldi. Heç cür kənara çəkilə bilmədim”.
Newsport.az-ın verdiyi məlumata görə, bu sözləri millimizlə oyundan sonra İtaliya yığmasının müdafiəçisi Corco Kyellini deyib.
Təcrübəli müdafiəçi matça ciddi yanaşdıqlarını bildirib: “Xal itirsəydik bu, əsl biabırçılıq olardı. Çünki tam layiq olduğumuz qələbəni əldən vermək risqimiz vardı. Yeni tsiklə çox yaxşı başlamışıq və qələbəylə də davam etməliyik. Qələbəni öz oyunumuzla haqq etdik. Dayanmadan çalışırıq. Bir neçə səhvə yol versək də, oyuna ciddi yanaşırdıq”.
Sports.ru