Hakan Şükürdən FETÖ açıqlaması: "Üzr istəyirəm"

FETÖ terror təşkilatına maliyyə dəstəyi verməkdə təqsirli bilinən Hakan Şükür məsələ ilə bağlı açıqlama yayıb.

Newsport.az-ın məlumatına görə, Türkiyə millisinin sabiq üzvü sözügedən qruplaşma ilə heç bir əlaqəsi olmadığını bildirib.
"Bəzilərinin danışdığı kimi kimlərinsə dizinin dibində yatan, onların dediyini edən deyiləm. İnanın ki, "xərçəng" xəstəliyi  səbəbi ilə əməliyyatdan yeni çıxmış anam başda olmaqla, "şəkər" xəstəsi olan atam və bütün ailə üzvlərimiz bu duruma üzülürük.  Tamamı ilə başqa dünyanın insanları olan ailəmin FETÖ ilə heç bir əlaqəsi yoxdur.  İllərini ölkəsinə xidmət üçün vermiş, ölkəsini hər yerdə tanıtmış, bayrağını ucaldan biri kimi bunları yaşamaq çox çətindi. Son olaraq dövlət çevrilişinə cəhd edənləri lənətləyir, şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Qəlbini qırdığım insanlar varsa, onlardan da üzr istəyirəm" deyə, sabiq millət vəkili açıqlamasında qeyd edib.

Xatırladaq ki, barəsində həbs qərarı çıxarılan Hakan Şükür hazırda ABŞ-da məskunlaşıb.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right