Türkiyə millisinn üzvü Umut Bulut yaxın günlərdə "Qalatasaray”dan ayrılacaq.
Newsport.az-ın məlumatına görə, futbolçu karyerasını elə Türkiyədə də davam etdirəcək.
Belə ki, 33 yaşlı hücumçu "Kayserispor” klubu ilə anlaşıb. Forvard ilə Kayseri təmsilçisinin baş məşqçisi Hakan Kutlu arasında görüş baş tutub və razılıq əldə olunub.
Bu barədə məlumatı baş məşqçi özü təsdiqləyib. O bildirib ki, Umut "Kayserispor”da oynamağa razılıq verib və yaxın günlərdə klublar arasında danışıqlara start veriləcək.
Qeyd edək ki, Umut Bulut 2012-ci ildən bu yana "Qalatasaray”da oynayırdı.