Sabiq "İnter"li Gürcüstan klubunda

Ötən mövsüm başa çatdıqdan sonra "İnter"dən ayrılan Laşa Salukvadzenin yeni klubu məlum olub.

Newsport.az-ın məlumatına görə, gürcü futbolçu karyerasını ölkəsində davam etdirəcək. Belə ki, 34 yaşlı müdafiəçi "Sioni" ilə razılıq əldə edib. Təcrübəli futbolçu Bolnisi təmsilçisi ilə 1 illik müqavilə imzalayıb.

Qeyd edək ki, 2013-2016-cı illərdə "İnter"in şərəfini qoruyan Salukvadze "bankirlər"in heyətində 76 matçda meydana çıxıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right