Milan Baroş:Fatih Terimdən də güclü məşqçilər var

Çexiya millisinin və "Qalatasaray"ın sabiq futbolçusu Milan Baroş Türkiyə yığmasının baş məşqçisi Fatih Terim haqda sərt fikirlər səsləndirib.

Newsport.az-ın "goal.com"a istinadən verdiyi məlumata görə, Baroş bir vaxtlar "Qalatasaray"da birgə çalışdığı F.Terim haqda yaxşı şeylər xatırlamadığını və dünyada ondan da güclü məşqçilər olduğunu bildirib:

"Fatih Terim Türkiyədə əfsanə olaraq anılır. Ancaq mən onun haqda yaxşı şeylər xatırlamıram. Onun möhtəşəm bir məşqçi olduğunu söyləyirdilər. Amma Terimlə çalışdıqdan sonra həqiqəti gördüm. Dünyada Terimdən də güclü bir sıra məşqçilər var. Onun "Qalatasaray"da taktika haqda danışdığını görmədim. Terim sadəcə "rəqibi yıxmaq" barədə danışardı". 

Qeyd edək ki, Baroş 2008-2013-cü illərdə "Qalatasaray"ın şərəfini qoruyub. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right