"Beşiktaş" və "Qalatasaray" qalib gəldi, "Fənərbaxça" məğlub oldu

Türkiyə Superliqasında 2016/17 mövsümünə start verilib.  

Newsport.az-ın məlumatına görə, mövsümün ilk oyununda "Adanaspor" "Bursaspor"u qəbul edib. Oyun "timsahlar"ın qələbəsiylə nəticələnib - 2:1.

Son çempion "Beşiktaş" da mövsümə qələbəylə başlayıb. "Qara qartal" evdə bu il Superliqaya vəsiqə qazanmış "Alanyaspor"u darmadağın edib - 4:1. 

"Fənərbaxça" gözlənilmədən "Başakşəhər"ə uduzub - 0:1. Digər nəhəng - "Qalatasaray" isə startda xal itkisindən son dəqiqə qoluyla xilas olub. "Aslanlar" "Karabükspor"a qarşı ev oyununa əlavə edilmiş 4-cü dəqiqədə, yeni transferi Eren Derdiyokun qoluyla mövsümə 3 xalla başlayıb. 

Türkiyə Superliqası, 1-ci tur

19 avqust

22:45 Adanaspor - Bursaspor 1:2
Qol: 
Renan Diniz, 24 - Ərtuğrul Ersoy, 57. Pablo Batalla, 82.  

20 avqust

20:30 Rizəspor - Konyaspor 1:1
Qol
: Əmrah Bassan, 86 - Yaqos Vukoviç, 55.

20:30 Trabzonspor - Kasımpaşa 2:0
Qol: 
Onazi, 21; 91.

22:45 Beşiktaş - Alanyaspor 4:1
Qol: 
Oğuzhan Özyakup, 6. Olcay Şahan, 43. Cenk Tosun, 58-pen; 78 - Əmrə Akbaba, 94-pen. 

21 avqust

20:30 Gənclərbirliyi - Qaziantepspor 2:0
Qol: 
Stanku, 14. Muriqi, 87.

20:30 Kayserispor - Akhisar 0:2
Qol: 
Rodalleqa, 66. Migel Lopes, 84.

22:45 Antalyaspor - Osmanlıspor 0:0

22:45 Başakşəhər - Fənərbaxça 1:0 
Qol: 
Mossoro, 3.

22 avqust

22:45 Qalatasaray - Karabükspor 1:0
Qol: 
Eren Derdiyok, 94.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right