"İsveç millisi təkcə İbrahimoviçdən ibarət deyil" - Kapello

Rusiya millisinin baş məşqçisi Fabio Kapello "Avro-2016"nın seçmə mərhələsində bərabərə qaldıqları İsveçlə oyun haqda danışıb.

Newsport.az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, italiyalı mütəxəssis nəticədən narazı qaldığını bildirib:

"Oyun maraqlı alındı. Yaxşı oynadığımızı düşünürəm. Komandamın oyununa görə şadam. Ancaq nəticədən razı qalmadım. Daha çox qol vurmaq üçün yaxşı imkanlarımız oldu. Rəqib də yaxşı oynadı. Xüsusilə standart vəziyyətlər zamanı təhlükəli idilər. İbrahimoviçə gəlincə o, dünyanın ən yaxşı hücumçularından biridir. Meydanda tələb olunan hər şeyi edir. Lakin İsveç millisi yalnız İbrahimoviçdən ibarət deyil".

Qeyd edək ki, İsveç - Rusiya oyunu 1:1 hesabı ilə başa çatıb. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right