"Qalatasaray"ın yeni transferi İstanbulda

Türkiyənin "Qalatasaray" klubunun yeni trasnferi Josue ailəsi ilə birgə İstanbula gəlib. 

Newsport.az-ın məlumatına görə, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. 

Futbolçunu Atatürk hava limanında klubun idarə heyəti qarşılayıb. 

Portuqaliyalı yarımmüdafiəçi tibbi muayinədən keçdikdən sonra İstanbul klubu ilə müqaviləyə imza atacaq. O, 1 il müddətində "sarı-qırmızılar"ın heyətində icarə əsasında çıxış edəcək. 

Qeyd edək ki, Josue ötən mövsümü Portuqaliyanın "Braqa" klubunda keçirib. 25 yaşlı futbolçu daha öncə də Türkiyə Super Liqasında top qovub. O, 2014-2016-cı illərdə "Bursaspor"un şərəfini qoruyub. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right