"Avro-2016"nın seçmə mərhələsində bu gün keçiriləcək İtaliya - Azərbaycan matçına bilet satışı davam edir.
Newsport.az-ın İtaliya Futbol Federasiyasının rəsmi saytına istinadən verdiyi məlumata görə, Palermo şəhərində baş tutacaq oyun üçün artıq 35 min bilet satılıb.
Qeyd edək ki, matçın keçiriləcəyi "Renzo Barbera" stadionu 36.349 nəfər tamaşaçı tutumuna malikdir. Oyun bu gün, Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.