"Beşiktaş"dan ayrılan futbolçu alman klubunda RƏSMİ

Almaniya millisinin hücumçusu Mario Qomesin yeni klubu rəsmən bəlli olub.

Newsport.az-ın məlumatına görə, "Beşiktaş"ın şərəfini qorumuş forvard yeni mövsümdən etibarən Bundesliqa təmsilçisi "Volsfburq"un uğurları üçün çalışacaq. 

"Canavarlar"ın saytında yer alan xəbərə görə, Qomeslə bu gün rəsmi müqavilə imzalanacaq.

Təcrübəli hücumçunun "Volfsburq"da ilinə 5,5 milyon avro qazanacağı iddia edilir. Alman klubu Marionun müqaviləylə məxsus olduğu "Fiorentina"ya 5 milyon avro ödəyəcəyi deyilir.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right