"Qalatasaray" klubunun "Portu"dan Josueni 1 illik icarəyə götürməsi açıqlandıqdan sonra "sarı qırmızılılar" növbəti transferi reallaşdırmaq niyyətindədilər.
Newsport.az-ın məlumatına görə, İstanbul təmsilçisi "Olimpik Marsel"də forma geyən Lassana Diarranı transfer etmək istəyir.
31 yaşlı yarımmüdafiəçi "Lokomotiv" klubundan icazəsiz ayrıldığı üçün 10 milyon avroluq tarixi bir cəza almışdı.
Futbolçunun illik məvacibinin 4.5 milyon avro olmasına baxmayaraq "aslanlar" onunla prinsipdə razılığa gəliblər.
Qeyd edək ki, Lassana Fransa millisində 33 oyunda meydana çıxıb. "Real", "Çelsi", "Arsenal" kimi klubların şərəfini qoruyub.