“Beşiktaş” futbolçusunu “Milan”a satdı

"Beşiktaş”ın futbolçusu Xose Sosa karyerasını İtaliyada davam etdirəcək.

Newsport.az-ın məlumatına görə, Argentina milli komandasının üzvü "Milan” klubuna keçmək üzrədi. 
 
Belə ki, 31 yaşlı yarımmüdafiəçi ötən gün "Beşiktaş”ın düşərgəsini tərk edib və İtaliyaya yollanıb. Sosa bu gün yeni komandası üçün tibbi müayinədən keçib. Milanlıların Xose Sosanı yaxın saatlarda ictimaiyyətə təqdim edəcəyi gözlənilir.
 
Türkiyə mətbuatının məlumatına görə, "Milan”  təcrübəli futbolçu üçün "Beşiktaş”a müəyyən qədər məbləğ ödəyəcək.  İddiaya görə, İtaliya klubu 7,5 milyon avro xərcə düşməli olacaq.
 
Qeyd edək ki, Sosa 2014-cü ildə "Atletiko”dan "Beşiktaş”a  cəlb olunmuşdu.
 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right