Türkiyənin "Göztəpə” klubunun baş məşqçisi Okan Buruk "Qarabağ”ın sabiq üzvü Leroy Corcun komandadakı gələcək taleyi haqqında danışıb.
Newsport.az-ın məlumatına görə, "Qalatasaray”ın sabiq futbolçusu bildirib ki, ilk planları Leroyu komandadan göndərməkdir: "İlk planımız Leroyla yollarımızı ayırmaqdır. Rəhbərliyimiz də bu yöndə işlərini davam etdirir. Bəzi komandalar da futbolçunun xidmətində maraqlıdır. Ancaq Leroy komanda tapa bilməsə və komandamızda qalsa, onu gələcək planlarıma daxil edə bilərəm. Leroy pis futbolçu deyil. Sadəcə, ötən mövsüm karyerasında eniş yaşandı və komandamıza uyğunlaşa bilmədi”.
Qeyd edək ki, ötən mövsümün əvvəlində "Qarabağ”dan İzmir təmsilçisinə transfer olunmuşdu. Hazırda futbolçunun xidmərində Türkiyənin "Qaziantep BB” klubu maraqlıdır.