"Məğlub olacağımızı gözləmirdim. Bu nəticə bizim üçün gözlənilməz oldu. Qol vurmağa çalışdıq, amma bacara bilmədik. Rəqibin qapıçısı fərqlənməyimizə imkan vermədi. Ən azından bərabərlik ədalətli nəticə idi".
Newsport.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, bu sözləri İspaniya millisinin baş məşqçisi Visente del Boske "Avro-2016"nın seçmə mərhələsində Slovakiyaya məğlub olduqları matçdan (1:2) sonra deyib.
Təcrübəli mütəxəssis futbolçularının oyunundan narazı qalmadığını bildirib:
"Daha çox hücum futbolu oynadıq. Futbolçularım əllərindən gələni etdilər".