Türkiyənin "Qalatasaray” klubu 2016/17 mövsümünün startı öncəsi ciddi itki ilə üzləşib.
Newsport.az-ın məlumatına görə, "sarı-qırmızılar”ın aparıcı futbolçusu Lukas Podolski bir müddətlik siradan çıxıb.
Belə ki, Türkiyə superkuboku uğrunda "Beşiktaş”la qarşılaşmada zədə alan futbolçu bu gün tibbi müayinədən keçib. MRT müayinəsinin nəticəsinə görə, 31 yaşlı futbolçunun sol ayağının yan bağlarında zədə aşkarlanıb. Klubun rəsmi "twitter” hesabı vasitəsiylə verilən açıqlamada futbolçunun 2-3 həftə yaşıl meydanlardan kənarda qalacağı açıqlanıb.
Qeyd edək ki, Türkiyədə 2016/17 mövsümü həftəsonu start götürəcək. "Qalatasaray” ilk turda doğma meydanında "Karabükspor” klubunu qəbul edəcək.