İngiltərə millisinin sabiq üzvü polis gülləsinə tuş gəldi, dünyasını dəyişdi

İngiltərə millisinin sabiq üzvü Dalian Atkinson 48 yaşında dünyasını dəyişib.

Newsport.az saytının məlumatına görə, veteran hücumçu polislər tərəfindən güllələnərək öldürülüb. 
Hadisə Telford şəhərində baş tutub. Belə ki, tərəflər arasında qalmaqal yaşanıb. İngilis polisi Atkinsonu yaxlamaq istəsədə də, buna nail ola bilməyib. Polis Atkinsonu yaxalmaq üçün elektrik şoku verən silahdan istifadə edib ki, nəticədə bədbəxt hadisə üz verib. 
Güllələndiyini görən veteran futbolçunun həyəcandan ürəyi dayanıb. Polislər onu xəstəxanaya çatdırmağa cəhd göstərsələr də, buna nail ola bilməyiblər. 
Hadisə ilə bağlı cinayət işinin başlanıldığı bildirilir. 
Qeyd edək ki, Atkinson karyerası ərzində "Real Sosiedad”, "Aston Villa”, "Fənərbaxça” və "Mançester Siti” kimi komandalarda forma geyinib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right