"Avro-2016"nın seçmə mərhələsində II turun oyunları davam edir.
Newsport.az-ın məlumatına görə, yığmamızın yer aldığı qrupla yanaşı, daha iki qrupda 6 oyun keçiriləcək.
Azərbaycan azarkeşlərinin diqqəti A qrupunun matçına yönələcək. Burada Türkiyə millisi evdə Çexiyanı sınağa çəkəcək. İlk görüşdə səfərdə İslandiyaya 0:3 hesabı ilə uduzan "ay-ulduzlular" bu oyunda qələbə qazanmağa çalışacaqlar. Qrupun digər matçında Latviya öz meydanında İslandiyanı, Hollandiya isə Qazaxıstanı qəbul edəcək.
B qrupunun lideri Kipr millisi doğma azarkeşləri önündə İsraillə qarşılaşacaq. Son dünya çempionatının iştirakçısı Bosniya və Hersoqovina millisi səfərdə Uelsin qonağı olacaq. "DÇ-2014"ün digər iştirakçısı Belçika millisi öz meydanında Andorra ilə münasibətlərinə aydınlıq gətirəcək.
Qeyd edək ki, bütün oyunlar Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.
10 oktyabr
"Avro-2016"nın seçmə mərhələsi, II tur
A qrupu
23:45. Latviya - İslandiya - 0:3
Qol: Siqurdson, 66 (0:1), Qunnarson, 77 (0:2),Qislason, 90 (0:3)
23:45. Hollandiya - Qazaxıstan - 3:1
Qol: Abdulin, 17 (0:1), Huntelar, 62 (1:1), Afellay, 82 (2:1), Van Persi, 89 (3:1)
23:45. Türkiyə - Çexiya - 1:2
Qol: Umut Bulut, 8 (1:0), Sivok, 16 (1:1), Doskal, 58 (1:2)
B qrupu
23:45. Belçika - Andorra - 6:0
Qol: De Brune, 31 (1:0), 34 (2:0), Şadi, 37 (3:0), Oriqi, 59 (4:0), Mertens, 65 (5:0), 68 (6:0)
23:45. Kipr - İsrail- 1:2
Qollar: Damari, 38 (0:1), Ben Haym, 45 (0:2), Makrides, 67 (1:2)
23:45. Uels - Bosniya və Hersoqovina - 0:0
H qrupu
23:45. İtaliya - Azərbaycan - 2:1
Qol: Kellini, 44 (1:0), Kelleini, 76-avtoqol (1:1), 83 (2:1)
23:45. Bolqarıstan - Xorvatiya - 0:1
23:45. Malta - Norveç - 0:3
Qol: Daehli, 22 (0:1),Kinq, 25 (0:2), 49 (0:3)