Sabah AVRO-2016-nın seçmə mərhələsinin II turunda Azərbaycan səfərdə İtaliyanın qonağı olacaq.
Newsport.az-ın məlumatına görə, İtaliyanın baş məşqçisi Antonio Konte matçöncəsi mətbuat konfransına qatılıb. Təcrübəli çalışdırıcı ilə yanaşı tədbirdə “Skuadra Adzurra”nın oyunçusu Andrea Pirlo da iştirak edib.
Əvvəlcə Konte komandasının heyətini və rəqibi dəyərləndirib:
“Futbolçularımızın bəziləri zədələnib. O üzdən Andrea Pirlonu heyətə çağırdıq. Yarımmüdafiənin cinahları üçün beynimdə planlaşdırdığım futbolçular var. Oyunun gedişatına görə seçimimi edəcəyəm. Nə qədər çox italyan oynasa, bir o qədər yaxşı olar. Amma xaricilərdən ən yaxşılarını heyətə cəlb etməliyik. Mənim üçün asan oyun yoxdur. Futbol hər yerdə inkişaf edir. Elə bir komandadan danışırıq ki, son dəqiqələrdə Bolqarıstana uduzublar. Uşaqlar da bunu bilirlər. Təbii ki, Azərbaycanı yaxşı analiz etmişik. Onların Bolqarıstanla oyununu görmüşük, Rusiya ilə matçlarına baxmışıq, ABŞ-la matçı izləmişik”.
Daha sonra konfrans iştirakçıları jurnalistlərin suallarını cavablandırıb:
Pirloya sual: Sәninçün nә dәyişib? Oynamamağın tәsiri olub?
Cavab: Heç nә dәyişmәyib. Hәr şey qaydasındadır vә oyuna hazıram.
Konteyә sual: Son turda çox klubun heyәtindә cәmi bir italyan futbolçu vardı. Bu tendensiyanın sizin yığma seçiminә necә tәsir edir?
Cavab: Hәmişә bu mәqamı qeyd elәmişәm. Bu pis әlamәtdi. Ölkә futbolunun inkişafını әngәllәyәn amildi. Çox az klub var ki, gәnc, yerli futbolçulara üstünlük verir vә mәn belә klublara mövqelərinə görə tәşәkkür edirәm.
Konteyə sual: Hollandiya oyununda motivasita var idi, entuziyazm yüksәk idi. Ola bilәrmi sabahkı rәqibin zәif olması motivasiyaya tәsir etsin.
Cavabı: Tәәssuf ki, belә hallar var vә indiyә qәdər dә bir neçә dәfә bunun cәzasını almışıq. Mәn bu barәdә xüdusi qeyd elәmişәm ki, emosiya vә motivasitalarına önәm versinlәr.
Bu suala Pirlonun cavabı: Mәni tanıyırsız ki, hәr oyuna vә mәşqә böyük hәvәslә, entuziyazmla yanaşıram.
Sual Konteyә: Yeni reqlamentә görә, Avropa Çempionatına seçmə mərhələsində qrupda ilk üç yeri tutan komandaların çıxması sizin vә komandanı arxayın salmasın ki?!
Kontenin cavabı: Xeyr, qәtiyyәn. Bu belә olmayacaq.
Pirloya sual: Gənc oyunçulara nә mәslәhәt verirsiz?
Cavabı: Oyunçularımız yığmaya çağırılmağın mәsuliyyәtini dәrk edirlәr. Düşünürәm ki, xüsusi nәsә mәslәhәt vermәyimә ehtiyac yoxdu. Komandada aura yaxşıdır vә anlaşma öz yerindәdir.
Konteyә sual: Azәrbaycan vә Malta qrupun autsayderlәridi. Bu komandalarla oyunlarda hәrәsindәn 6 xal götürmәmәk problemi varmı?
Cavabı: Azәrbaycan çox maraqlı komandadı. Mən onkarın Bolqarıstanla oyununa baxmışam vә onların 87-ci dәqiqәdә qol buraxıb bir xalı әldәn vermәyi xúsusi qeyd olunmalıdı. Qrupda zәif rәqib anlayışını yaxın buraxmaq istәmirәm.
Pirloya sual: Azәrbaycanla oyunqabağı komandanın psixoloji durumunu necə dəyərləndirərdiniz?
Cavabı: Dünya çempionatını erkən tәrk elәmiş, hirsli vәziyyәtdә olan komandayıq. Sabahlı oyuna isә kifayәt qәdәr psixoloji hazır oduğumuzu düşünürәm.