“Çelsi”nin futbolçusu rəsmən “Beşiktaş”da

Son Türkiyə çempionu "Beşiktaş” heyətini daha bir futbolçu ilə gücləndirib.

Newsport.az-ın məlumatına görə, "qara qartallar” "Çelsi”nin  futbolçusu Kennet Omruonu rənglərinə bağlayıb. 
 
Son mövsümü icarə əsasında "Kapımpaşa”da çıxış edən futbolçu "Beşiktaş”da da icarə əsasında çıxış edəcək. 22 yaşlı müdafiəçinin müqaviləsi yeni mövsüm üçün nəzərdə tutulub.
 
Qeyd edək ki, Nigeriya millisinin üzvü 2012-ci ildən "Çelsi”nin futbolçusudu. O, son 3 mövsümü icarə əsasında "Den Haaq”, "Midlsbro” və "Kasımpaşa” kimi komandalarda oynayıb. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right