"Azərbaycanla oyunda qələbə qazanmalıyıq" - Pirlo

İtaliya millisinin yarımmüdafiəçisi Andrea Pirlo "Avro-2016"nın seçmə mərhələsində bu axşam qarşılaşacaqları Azərbaycanla oyunöncəsi fikirlərini bölüşüb.

Newsport.az-ın İtaliya mətbuatına istinadən verdiyi məlumata görə, təcrübəli futbolçu qarşıdakı iki oyunda maksimum nəticə qazanmalı olduqlarını bildirib:

"Antonio Konte millinin baş məşqçisi təyin olunduqdan sonra onunla görüşüb, söhbət etdik. Yalnız Konte yığmaya qayıtmamaq fikrimi dəyişdirə bilərdi. Çünki onu çoxdan tanıyıram, bu səbəbdən milliyə qayıtmaq təklifini qəbul etdim. Qarşıdakı hər iki oyun bizim üçün vacibdir. Həm Azərbaycan, həm də Malta ilə görüşlərdə qələbə qazanmalıyıq".

Qeyd edək ki, bu axşam evdə millimizi qəbul edəcək İtaliya yığması, 3 gün sonra səfərdə Maltanın qonağı olacaq. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right