Ramil Şeydayevin yeni klubu ilə ilk məğlubiyyəti

Türkiyənin "Trabzonspor" klubu Super Liqanın yeni mövsümü ərəfəsində daha bir yoxlama oyunu keçirib.

Newsport.az-ın məlumatına görə, azərbaycanlı futbolçu Ramil Şeydayevin komandası İstanbulda "Bursaspor"la qarşılaşıb.

Oyundan öncə Trabzon təmsilçisi Ramil də daxil olmaqla bu yay aldığı yeni futbolçularını azarkeşlərinə təqdim edib.

Qarşılaşma isə "Trabzonspor"un 0:3 hesablı məğlubiyyəti ilə başa çatıb. Ramil bu görüşün 83-cü dəqiqəsində meydana çıxıb.

Qeyd edək ki, bu, Şeydayevin "Trabzonspor"dakı ilk məğlubiyyətidir. O, bu komandaya qoşulandan bəri Macarıstanda 6 yoxlama oyunu keçirimişdilər və hamısında qalib gəlmişdilər. Həmin oyunlarda qapısında cəmi 1 top görüb, 21 qol vuran trabzonluları 2 dəfə də azərbaycanlı futbolçu sevindirmişdi.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right