İtaliyanın "Yuventus” klubunun Paul Poqbanın yerinə transfer etmək istəydi futbolçunun kimliyi müəyyənləşib.
Newsport.az saytının məlumatına görə, "qoca sinyora” "Çelsi”nin və İspaniya millisinin ulduz futbolçusu Sesk Fabreqasa elçi düşüb.
"Yuventus"un tezliklə bu futbolçu üçün "Çelsi"yə təklif göndərəcəyi deyilir. "Tuttosport” iddia edir ki, London təmsilçisi təcrübəli futbolçusunu 45 milyon avrodan aşağı satmaq niyyətində deyil.
Yay transfer dönəmində Paul Poqbanı 105 milyon avroya "Mançester Yunayted"ə satan və Qonzalo İquaynı "Napoli"dən 90 milyona alan "Yuventus" növbəti səs-küylü transferini reallaşdırmağa yaxındı.
Qeyd edək ki, "Çelsi" Fabreqas 2014-cü ildə "Barselona"dan 33 milyon avroya alıb.