"Qəbələ”nin sabiq üzvü Ekiqo Ehiosunun yeni komandasının adı müəyyənləşib.
Newsport.az-ın məlumatına görə, Nigeriya millisinin üzvü karyerasını növbəti dəfə Türkiyədə davam etdirəcək.
Türkiyə mətbuatının məlumatına görə, "Samsunspor”dan ayrılan futbolçu "Qaziantep BB” ilə anlaşıb. Keçidin yaxın günlərdə rəsmən açıqlanacağı gözlənilir.
Qeyd edək ki, Ekiqo 2014-15-ci illərdə icarə əsasında "Qəbələ”də çıxış edib. O, "qırmızı qaralar”ın heyətində Azərbaycan çempionatının bürünc mükafatını qazanıb.