Türkiyənin "Trabzonspor” klubu hücum xəttini daha bir futbolçu ilə gücləndirib.
Newsport.az-ın məlumatına görə, Trabzons təmsilçisi Portuqaliyanın "Portu” klubunun futbolçusu Suk Hyun-Yunu rənglərinə bağlayıb.
25 yaşlı mərkəz hücumçusu icarə əsasında "Trabzonspor”da çıxış edəcək. O, yeni mövsümün sonuna qədər ürkiyə klubunun uğurları üçün çalışacaq.
Qeyd edək ki, bu transfer sayəsində "Trabzonspor”da mərkəz xəttində oynayan hücumçuların sayı 6-ya çatıb. Həmin hücumçular arasında azərbaycanlı futbolçu Ramil Şeydayevin də adına rast gəlmək mümkündü.