Osvaldo və Motta millimizə qarşı oynamayacaq

"Avro-2016"nın seçmə mərhələsində sabah evdə Azərbaycan millisini qəbul edəcək İtaliya yığması ciddi itki ilə üzləşib.

Newsport.az-ın İtaliya mətbuatına istinadən verdiyi məlumata görə, komandanın iki aparıcı futbolçusu - Pablo Osvaldo və Tiaqo Motta zədə səbəbindən sabahkı görüşdə iştirak edə bilməyəcəklər.

Hər iki futbolçu artıq yığma komandanın düşərgəsini tərk edib.

Qeyd edək ki, Palermo şəhərində keçirikləcək İtaliya - Azərbaycan oyunu sabah, Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right