Ulduz futbolçunun “Qalatasaray”a keçidi baş tutmadı

Braziliya millisinin sabiq üzvü, hazırda İngiltərənin "Liverpul” klubunda forma geyinən Lukas Leyvanın Türkiyənin "Qalatasaray” klubuna keçidi baş tutmayacaq. 
Newsport.az-ın məlumatına görə , bu barədə "Qalatasaray” rəsmisi Levent Nazifoğlu məlumat verib. "NTV Spor”a açıqlama verən klub rəsmisi artıq tərəflər arasında danışıqların dayandığını təsdiqləyib:  
"Artıq Lukas Leyva məsələsi bizim üçün bağlı elan edilib. Diqqətimizi digər alternativlərə yönəltmişik”. 
Qeyd edək ki, Leyva ötən gün "Qalatasaray” rəsmilərindən fikirləşmək üçün bir günlük vaxt istəmişdi.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right