“Fənər”də "təmizlik işləri": Məşqçilər qovuldu

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində "Monako”ya məğlub olan və Avropa Liqasına yuvarlanan "Fənərbaxça” klubu böyük dəyişikliklərin astanasındadı. 
Newsport.az-ın məlumatına görə, İstanbul klubunun rəhbərliyi uğursuz çıxışdan sonra bir neçə məşqçi ilə bağlı qərar qəbul edib. Belə ki, baş məşqçi Vitor Pereyranın köməkçiləri – Filipe Almeyda, Luis Migel və Pedro Ribeyro komandadan göndərilib. 

"Fanatik” qəzetinin məlumatına görə, köməkçilərdən Paolo Orlandoni, Zəki Gölə, Fatih Yıldız və Məlikşah Sezgin işinə davam edəcək.  Göndərilən məşqçilərin yerini aşağı yaş qrupları üzrə komandalarda məşqçi kimi fəaliyyət göstərən – Saffet Akbaş, Müjdat  Yetkinər və Kəmalettin Şentürk kimi məşqçilər tutacaq.

Türkiyə mətbuatı iddia edir ki, Pereyranın da komandadakı taleyi sual altındadı. Bəzi mənbələrə görə, "sarı bülbüllər” artıq Çilidən olan Manuel Pelleqrini ilə danışıqlara start verib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right