“Qalatasaray”dan Avropa rekordu

Türkiyənin "Qalatasaray” klubu Avropanın böyük klublarını geridə qoyub.

Newsport.az-ın məlumatına  görə, İstanbul klubu qazandığı hər-hansı nailiyyətlə yox, etdiyi trasnferlərlə bunu bacarmağa nail olub. 
 
Belə ki, "Qalatasaray” 2002/2003-cü ildən bu yana sağ cinaha 10 futbolçu transfer edib. Bu isə Avropada rekord göstəricilərdən biri deməkdi. 
 
İstanbul klubundan sonrakı yeri "Liverpul” tutur. "Qırmızılar” son 13 ildə sağ cinahda top qovmaq üçün 7 futbolçu heyətinə qatıb. Araşdırmada sonrakı yerləri "Yuventus” (6), "Atletiko” (6), PSJ (5), "Çelsi” (5), "Barselona” (4), "Real” (4), "Borussiya” (3), "Bavariya” (3) və "Mançester Yunayted” (3) kimi klublar tutur. 
 
Qeyd edək ki, son illər "Qalatasaray”da sözügedən mövqedə Sabri Sarıoğlu mübarizə aparır. İstanbullular ötən Luis Kavandanı da sağ cinah futbolçusu kimi heyətinə qatıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right