Dünyanın ən bahlı transferi reallaşır: “Mənçester Yunayted” rəsmən açıqladı!

Fransa millisinin və "Yuventus”un futbolçusu Pol Poqbanın "Mançester Yunayted” klubuna keçidi rəsmiləşmək üzrədi.  
 

Newsport.az-ın məlumatına görə, "qoca sinyora” gənc futbolçusunun "Mançester Yunayted” üçün tibbi müayinədən keçməsinə icazə verib. Bu barədə məlumatı "qırmızı şeytanlar”ın rəsmi saytı məlumat yayıb. Bildirilir ki, 23 yaşlı futbolçu yaxın günlərdə tibbi müayinədən keçmək üçün Mançesterə gedəcək və müayinədən sonra rəsmi müqavilə imzalayacaq. 
 
İngiltərə mətbuatı iddia edir ki, "Mançester Yunayted” Poqba üçün "Yuve”yə 120 milyon avro ödəyəcək. Bu isə ən bahalı transferlərdən biri kimi tarixə düşəcək. 
 
Qeyd edək ki, Poqba daha əvvəl "Mançester Yunayted”də top qovub. O, bir neçə il öncə 800 min funt-sterlinq qarşılığında İtaliya klubuna satılıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right