Türkiyənin "Trabzonspor" klubu Macarıstandakı təlim-məşq toplanışı çərçivəsində daha bir yoxlama oyunu keçirib.
Newsport.az-ın məlumatına görə, Trabzon təmsilçisinin rəqibi Avstriyada azərbaycanlılar tərəfindən yaradılmış "Qarabağ" (Vyana) klubu olub.
Matç azərbaycanlı futbolçu Ramil Şeydayevin şərəfini qoruduğu "Trabzonspor"un 5:0 hesablı qələbəsi ilə başa çatıb. Millimizdə çıxış etməsi gözlənilən hücumçu da "Qarabağ"a qarşı oynayıb. Baş məşqçi Ərsun Yanal onu qarşılaşmanın 69-cu dəqiqəsində meydana buraxıb.