"Əgər qələbə seriyasının davam etməsini istəyiriksə, bizə Azərbaycanı məğlub etmək lazımdı". Bu sözləri İtaliya yığmasının sabiq müdafiəçisi Marko Materatsi deyib.
Newsport.az xəbər verir ki, Hazırda Hindistanın "Çennaiyin" klubunda top qovan 41 yaşlı mərkəz müdafifəçisi İtaliyanın millimizi udacağına əmindi: "Antonio Kontenin komandada gördüyü işlər xoşuma gəlir. Yığmamız indi daha aqressiv futbol sərgiləyir. Əminəm ki, Azərbaycan və Malta ilə oyunlarda 6 xal qazanacağıq".
Qeyd edək ki, Marko Materatsi 2001-2008-ci illərdə yığmada 41 oyun keçirib və 2 qol vurub.