Trabzonspordan Ramil Şeydayevlə bağlı qeyri-adi addım

FİFA-nın azərbaycanlı futbolçu Ramil Şeydayevin milli komandamızda oynamasına razılıq verməsinə onun bu yay müqavilə imzaladığı Türkiyənin "Trabzonspor" klub da maraqlı reaksiya göstərib.

Newsport.az  saytının məlumatına görə, Azərbaycan əsilli olmasına baxmayaraq, Rusiya vətəndaşlığı da daşıyan Şeydayev Trabzon təmsilçisinə xeyli müddət idi keçsə də, Türkiyə klubu məhz onun millimizdə oynaması dəqiqləşəndən sonra çox böyük bir jest edib.

Belə ki, bu gün klubun rəsmi "Facebook" hesabında Ramilin üzərində "Sən bizə qardaşlarımızın əmanətisən" sözləri yazılmış şəkli paylaşılıb. Bu şəklə həm Türkiyədən, həm də Azərbaycandan olan azarkeşlər müxtəlif rəylər yazıblar, klubun bu addımını yüksək qiymətləndiriblər.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right