“Qalatasaray” yeni transferini açıqladı, Umut Bulutun forma nömrəsi əlindən alındı

"Qalatasaray” İsveçrə millisinin üzvü Eren Derdiyoku transfer etdiyini rəsmən açıqlayıb.

Newsport.az  saytının məlumatına görə, son olaraq "Kasımpaşa” klubunda forma geyinən futbolçu ilə münasibətlər bu gün rəsmiləşib. 
 
İstanbul klubunun rəsmi saytında yer alan məlumata görə, futbolçu ilə 3 illik müqavilə imzalanıb. İmza mərasimindən sonra jurnalistlərə açıqlama verən futbolçu xoşbəxt olduğunu qeyd edib. Eren "Beşiktaş”dan təklif aldığını da açıqlayıb. O, "Beşiktaş”a getməməsini "Qalatasaray”da oynamaq istəməyilə əlaqələndirib.
 
Futbolçunun yeni klubunda geyinəcəyi forma nömrəsi də bəlli olub. Eren son olaraq Umut Buluta məxsus olan "9” nömrəli futbolkanı seçib. Bununla da, Umut Bulutun "Qalatasaray”dan ayrılacağı iddiaları daha da artmış olub. 
 
"Qalatasaray” Eren üçün "Kasımpaşa”ya 8 milyon avro ödədiyi iddia olunur.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right