Azərbaycanla oyunda əsas heyətdə meydana çıxmaq əla olardı

"Yenidən milli komandaya çağırılmaq istəyirdim.  Şadam ki, bu istəyimə çatdım. Azərbaycanla oyunda əsas heyətdə meydana çıxmaq əla olardı".

Newsport.az-ın məlumatına görə, bu sözləri İtaliya millisinin futbolçusu Simone Zaza "Avro-2016"nın seçmə mərhələsində sabah yığmamıza qarşı keçirəcəkləri oyun haqda danışarkən deyib.

Yerli mətbuata açıqlamasında  23 yaşlı hücumçu özünü Azərbaycanla oyunda sübut etmək istədiyini bildirib:
"Zədə səbəbindən bir müddət millidən kənarda qaldım. İndi hər şey yaxşıdır. Azərbaycanla oyun mənim üçün yaxşı şansdır. İnanıram  ki, sabahkı görüşdə meydanda olacam və baş məşqçinin etimadını doğruldacam. Ola bilsin ki, baş məşqçi Balotelliyə dəvət göndərmədiyi üçün mənə şans verməyi düşünüb. Ancaq mən Balotellinin hər zaman komandamıza kömək etməsini istərdim".

Xatırladaq ki, İtaliya - Azərbaycan matçı sabah Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.  





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right