“Qarabağ” və “Qəbələ”nin rəqibləri müəyyənləşir YENİLƏNİR

Bu gün İsveçrənin Nyon şəhərində Avropa Liqasının pley-off mərhələsinin püşkü atılacaq.

 
Newsport.az-ın məlumatına görə, artıq "səpələnmişlər" və "səpələnməmişlər" səbətlərinin tərkibi məlumdur. "Qarabağ" reytinq sıralamasına görə daha güclü komandaların yer aldığı "səpələnmişlər” səbətində yer alacaq. Ağdam klubunun rəqibi isə "səpələnməmişlər” qrupunda yer alan 22 komandadan biri olacaq. "Qəbələ" isə "səpələnməmişlər" qrupunda qərarlaşıb. "Qırmızı-qaralar"ın rəqibi daha güclü komandalardan biir olacaq.
 
Artıq təmsilçilərimizin potensial rəqiblərinin siyahısı müəyyənləşib.
 
Səpələnmişlər sırasında olan "Qarabağ” "Şkendiya”, "İstanbul Başakşehirspor”, "Höteborq”, "Srvena Zvezda”, "Hayduk”, "Sonderyuske” ilə qarşılaşa bilər.
 
"Qəbələ” isə "Anderlext”, "Vest Hem”, "Krasnodar”, "Maribor”, "Fənərbaxça”, "Panatinaikos”la qarşılaşa bilər.
 
Avropa Liqası
Pley-off mərhələsi

 
Səpələnmişlər
"Şaxtyor” (Ukrayna)
"Olimpiakos” (Yunanıstan)
"Anderlext” (Belçika)
"Alkmaar” (Hollandiya)
"Fənərbaxça” (Türkiyə)
"Sparta” (Çexiya)
PAOK (Yunanıstan)
"Genk” (Belçika)
BATE (Belarus)
"Sent-Etyenn” (Fransa)
"Gent” (Fransa)
"Krasnodar” (Rusiya)
"Rapid” (Avstriya)
"Slovan” (Çexiya)
"Maribor” (Sloveniya)
"Makkabi” (Təl-Əviv, İsrail)
"Austriya” (Vyana, Avstriya)
"Vest Hem” (İngiltərə)
"Panatinaikos” (Yunanıstan)
"Midtyulland” (Danimarka)
"Sassuolo” (İtaliya)
"Qarabağ” (Azərbaycan)
 
Səpələnməmişlər
"Rusenborq” (Norveç)
"Astana” (Qazaxıstan)
"Astra” (Rumıniya)
"Hayduk” (Xorvatiya)
"Aruka” (Portuqaliya)
"Qrassjoppers” (İsveçrə)
AEK (Kipr)
"Voyvodina” (Serbiya)
"İstanbul Başakşehir” (Türkiyə)
"Brondbü” (Danimarka)
"Srvena Zvezda” (Serbiya)
"Osmanlıspor” (Türkiyə)
"Slaviya” (Çexiya)
"Höteborq” (İsveç)
"Dinamo” (Tbilisi, Gürcüstan)
"Lokomotiv” (Xorvatiya)
"Trençin” (Slovakiya)
"Qəbələ” (Azərbaycan)
"Beytar” (İsrail)
"Sonderyuske” (Danimarka)
"Şkendiya” (Makedoniya)
"Partizani” (Albaniya)





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right