Türkiyənin "Trabzonspor" klubu Macarıstandakı təlim-məşq toplanışı çərçivəsində daha bir yoxlama oyunu keçirib.
Newsport.az-ın məlumatına görə, azərbaycanlı futbolçu Ramil Şeydayevin komandasının rəqibi Budapeşt MTK-sı olub.
Oyun Trabzon təmsilçisinin 5:0 hesablı qələbəsi ilə başa çatıb. Qollardan birinin müəllifi də Şeydayev olub.Ramil 68-ci dəqiqədə hesabı 4:0 edib. Start heyətdə meydana çıxan Ramil bu qoldan cəmi bir dəqiqə sonra əvəzlənib.
Qeyd edək ki, bu, Şeydayevin "Trabzonspor"un heyətində vurduğu ikinci qoldur.
Onu da xatırladaq ki, MTK bir müddət öncə Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində "Qəbələ"nin rəqibi olmuşdu. Budapeştlilər komandamıza öz meydanlarında 1:2, Bakıda isə 0:2 hesabıyla uduzmuşdular.