Semih Şəntürk aşağı liqa komandasında

"Başakşəhərspor” klubundan ayrılan Semih Şəntürkün yeni iş yeri bəlli olub.

Newsport.az-ın məlumatına görə, 33 yaşlı  futbolçu karyerasını Türkiyə PTT I liqasında mübarizə aparan "Əskişəhərspor” komandası ilə anlaşıb. 
 
"Milliyət” qəzetinin məlumatına görə, Türkiyə millisinin və "Fənərbaxça” nın sabiq üzvü sabah yeni komandasının düşərgəsinə qoşulacaq və məşqlərə start verəcək. Təcrübəli hücumçunun yeni klubu ilə 2 illik  müqavilə imzalayacğı gözlənilir. 
 
Qeyd edək ki, Semih Şəntürk karyerası ərzində "Fənərbaxça”, "İzmirspor”, "Antalyaspor” və "Başakşəhərspor” kimi komandalarda forma geyinib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right