Toğrul Erat: "Azərbaycan yığmasını ona görə seçdim ki..."

Azərbaycan yığmasının yarımmüdafiəçisi Toğrul Erat millimizi seçməsinin səbəblərindən danışıb, eləcə də DÇ-2018-in seçmə mərhələsində oynamaq arzusunu dilə gətirib.

Newsport.az-ın məlumatına görə, 3-cü Bundesliqa klubu "Duysburq"un şərəfini qoruyan millimizin üzvü Almaniya mətbuatına müsahibəsində öncə bunları söyləyib:

"Mənim "Fortuna"da çıxış edərkən Almaniya və ya Türkiyə yığmalarında oynamaq üçün heç bir şansım yox idi. Azərbaycan yığmasını da ona görə seçdim ki, beynəlxalq təcrübə toplayım".

Berti Foqtsun dövründə yığmamıza çağırılan Erat almaniyalı mütəxəssis haqqında da xoş sözlər söyləyib: "Ola bilsin ki, kənardan baxan insanlara o, yumor hissi olmayan bir şəxs kimi görünsün. Amma mən birgə çalışdığımız dövrdə onu tanıdım və gördüm ki, bu mütəxəssislə dil tapmaq, ünsiyyət qurmaq çox asandır. Hətta zarafat da edirdi. Foqtsla çalışmaq çox xoş idi".

Erat bəyan edib ki, o, DÇ-2018-in seçmə mərhələsində yığmamızın heyətində olmaq və Almaniya ilə oyunlarda özünü göstərmək istəyir: "Yığmada yer almaq üçün ilk növbədə "Duysburq"da özümü yaxşı tərəfdən göstərməliyəm. Boatenq və Hummelsə qarşı oynamaq istərdim. Onları TV-dən izləyəndən qüsursuz olduqlarını düşünürsən. Ona görə mənim özümə də bu futbolçulara qarşı oynamaq çox maraqlıdır".





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right