İngiltərədə 1-ci liqa komandalarından olan "Piterboro"nun türk futbolçusu Erhun Öztüməri ingilis azarkeşləri "Türk Messi" deyə adlandırırlar.
Newsport.az xəbər verir ki, "Piterboro"nun formasını geyən Erhun Öztümər həm fiziki ,həm də futbol oynama bacarığına görə ingilislər onu Messiyə bənzədir və "Türk Messi" adlandırır. 2 ay zədədən əziyyət çəkən futbolçu keçən həftə ilk oyununa çıxıb və yerli mətbuatın diqqətini cəlb etdi. "Çarlton"un uşaq futbol komandasında yetişən daha sonra Türkiyədə özünə klub axtarıb tapa bilməyən türk futbolçu bunun ardından İngiltərənin yarı profesional liqasında "Dulvik Hamlet" klubuna transfer olunub. Ordan isə o "Piterboro"ya gəlib amma sonra zədələnərək iki ay yaşıl meydanlardan uzaq düşüb. Kipirdə doğulan 1.60 boyunda olan Erhun Öztümər İngiltərədə ən alçaqboy oyunçular sırasında yer alır. Geridə qalan 2 mövsümdə 1991-ci il doğumlu türk futbolçu rəqib qapılarından nə az nə çox düz 60 qol keçirməyi bacarıb.