"Fənərbaxça”nın hücumçusu Robin van Persi karyerasını Şotlandiya çempionatında davam etdirə bilər.
Newsport.az-ın məlumatına görə, 33 yaşlı futbolçu ilə "Reyncers” klubu yaxından maraqlanır.
Hollandiya yığmasının üzvü bu təklifə müsbət cavab verməyi düşünür. Van Persi "sarı-lacivərtlilər”ə komandasını dəyişmək istəyini artıq çatdırıb.
Lakin "Reyncers"in məsələ ilə bağlı açıqlaması bütün iddialara son qoyub. Komandanın meneceri Mark Varburton Van Persi iddiasının əsassız olduğunu açıqlayıb: "Bu məsələ ilə bağlı heç bir görüşümüz olmayıb. Düzdü, hücumçu axtarışlarımız davam edir. Ancaq bu barədə heç bir mətbu orqana məlumat verməmişik. Robin van Persi inanılmaz qədər təcrübəli və mükəmməl futbolçudu. Amma onun komandamızda çıxış etməsi real deyil. Belə xəbərlərin hardan və necə qaynaqlandığını bilmirəm. Mən bu məsələnin ancaq və ancaq ifira olduğunu deyə bilərəm".
Qeyd edək ki, karyerası ərzində "Feyenord”, "Arsenal” və "Mançester Yunayted” klublarının da formasını geyinmiş van Persi 2015-ci ildən "Fənərbaxça”nın uğurları üçün çalışır.