Məsut Özil şoku: 3 ay oynamayacaq

Almaniya millisi və London “Arsenal”ı ciddi itki ilə üzləşib.

Newsport.az-ın İngiltərə mətbuatına istinadən yaydığı xəbərə görə, M.Özilin rəsmi twitter səhifəsinə təcrübəli yarımmüdafiəçinin dizindəki zədə səbəbindən 10-12 həftə futbol oynaya bilməyəcəyini yazıb.

Bu isə o deməkdir ki, Özil Almaniya millisinin heyətində “Avro-2016”nın Polşa, İrlandiya və Qibraltarla oyunlarını, eləcə də İngiltərə Premyer Liqasının bəzi matçlarını buraxmalı olacaq.

Qeyd edək ki, cari mövsüm Premyer Liqasda Özil altı oyunda meydana çıxıb, bir qol vurub və bir qolun ötürməsini verib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right