Ramil Şeydayev “Trabzonspor”da ilk qolunu vurdu

Türkiyənin "Trabzonspor" klubu yeni mövsüm öncəsi təlim-məşq toplanışında ilk yoxlama oyununa çıxıb.
Newsport.az-ın məlumatına görə, azərbaycanlı futbolçu Ramil Şeydayevin də formasını geyindiyi sözügedən klub Macarıstandakı hazırlıq prosesi çərçivəsində Avstriyanın 4-cü liqa təmsilçisi "Gerasdorf"la qarşılaşıb.
 
Matç trabzonluların 6:1 hesablı qələbəsi ilə başa çatıb. Start heyətdə meydana çıxan və sonadək mübarizə aparmaq şansı qazanan Şeydayev komandasının qələbəsinə qolla töhfə verib. Ramil 87-ci dəqiqədə fərqlənməklə matçda son nöqtəni qoyub.
 
Qeyd edək ki, Şeydayev bir müddət öncə AFFA-ya müraciət edərək Azərbaycan yığma komandasında oynamaq istədiyini bildirib. Hazırda FİFA-nın bu məsələ ilə bağlı hansı qərarı verəcəyi gözlənilir.
 

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right