Türkiyə millisinin sabiq üzvü – ötən il karyerasını başa vuran Gökhan Zan yenidən futbola qayıdıb.
Newsport.az-ın məlumatına görə, "Qalatasaray” və "Beşiktaş”ın sabiq üzvü futbolçu kimi yox, klub rəsmisi kimi fəaliyyətini davam etdirəcək.
Belə ki, 34 yaşlı veteran müdafiəçi Türkiyə II liqasında mübarizə apran "Hatayspor” klubuyla anlaşıb. O, yetirməsi olduğu komandada baş koordinator vəzifəsində çalışacaq.