Əliyar Ağayevin idarə etdiyi final

Azərbaycanlı FİFA referisi Əliyar Ağayev 19 yaşadək futbolçular arasında Avropa çempionatının final matçını idarə edib.

Newsport.az-ın məlumatına görə, həlledici qarşılaşmada Fransa və İtaliya yığmaları üz-üzə gəlib. 

Almaniyanın Zinshaym şəhərindəki "Rhein-Neckar-Arena”da keçirilmiş qarşılaşma Fransa millisinin böyük hesablı qələbəsi ilə başa çatıb - 4:0.

Əliyar Ağayev 2 dəfə fransızları, 5 dəfə isə italyanları sarı vərəqə ilə cəzalandırıb. 

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right