Luçeskudan etiraf: “Qalatasaray” və “Beşiktaş” azarkeşlərinə görə “Fənərbaxça”ya getmədim”

Mövsüm başa çatdıqdan sonra Ukraynanın "Şaxtyor” komandasını "Zenit”ə dəyişən Mirça Luçesku Rusiya mətbuatına geniş müsahibə verib. 
 

Newsport.az-ın məlumatına görə, təcrübəli mütəxəssis "Şaxtyor”dan ayrıldıqdan sonra "Fənərbaxça”dan rəsmi təklif aldığını etiraf edib. O, nəyə görə "Fənərbaxça”nı yox, "Zenit”i seçdiyini belə izah edib: 
 
"Yeni bir yerdə özümü sınamaq istədim. 12 il ard-arda eyni komandada və eyni liqada keçirdikdən sonra yeni ölkə, yeni şəhər və yeni çempionat seçməyin doğru qərar olduğunu düşünürəm. Türkiyə çempionatında hər şeyi bilirəm. Türkiyədən gözəl duyğular və xatirələrlə ayrılmışam. "Qalatasaray” və "Beşiktaş” kimi böyük komandaları çalışdırmışam. Bu il də "Fənərbaxça”ya gedişim mümkün idi.  Ancaq "Qalatasaray” və "Beşiktaş” azarkeşlərini düşündükdən sonra qərarı dəyişdirdim. Azarkeşlərin gözündə hörmətli olmaq və orada etdiyim şeyləri həmişə yaxşı xatırlamaq üçün "Fənərbaxça” variantına "yox” dedim. Hər zaman insanların yaddaşında yaxşı insan kimi qalmaq istəyirəm”.
 
Qeyd edək ki, Luçesku 2000-02-ci illərdə "Qalatasaray”ı, 2002-04-cü illərdə  isə "Beşiktaş”ı çalışdırıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right