Arda Turan açıqladı: “Beşiktaş”ın növbəti transferi “Barselona”dan

Son Türkiyə çempionu "Beşiktaş” daha bir transferini gerçəkləşdirməyə hazırlaşır. 
 

Newsport.az-ın məlumatına görə, söhbət "Barselona”nın futbolçusu Adrianodan gedir. Türkiyə mətbuatı iddia edir ki, artıq tərəflər arasında razılıq əldə olunub və Braziliyadan olan futbolçu yaxın günlərdə "Beşiktaş”la müqavilə imzalayacaq. 
 
Məsələyə hazırda "Barselona”da çıxış edən türkiyəli futbolçu Arda Turan da münasibət bildirib. Arda məsələni təsdiqləyib və "Beşiktaş” azarkeşlərinə müjdəli xəbəri çatdırıb: "Bəli, Adirano ilə danışmışam. "Beşiktaş”la razılığa gəlib”.
 
Qeyd edək ki, Braziliya millisinin üzvü 2010-cu ildən "Barsa”da çıxış edir.  O, katoloniyalıların heyətində çıxdığı 114 oyunda 9 dəfə fərqlənməyi bacarıb. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right