Türkiyə millisinin üzvü Enes Ünal növbəti mövsümdə də "Mançester Siti"nin uğurları üçün çıxış etməyəcək.
Newsport.az-ın məlumatına görə, "şəhərlilər" 19 yaşlı futbolçusunu növbəti dəfə icarəyə verib. Son mövsümü "Breda"da çıxış edən futbolçu bu dəfə də Hollandiyada oynayacaq. O, bu dəfə "Tvente" klubuna icarəyə verilib. Enshede təmsilçisi rəsmi saytı vasitəsiylə Enesi 1 illik icarəyə götürdüyünü açıqlayıb.
Sözügedən keçidlə bağlı "Tvente"nin idarəedicisi Yan van Haist fikirlərini bildirib: "Maçester Siti" klubu ilə yaxşı münasibətlərimiz var. Daha öncə də belə transferlər həyata keçirmişik. Enes də bunlardan biri. Enes ötən il çıxış etdiyi "Breda" klubundan nələrə qadir olduğunu hər kəsə göstərib. Ümid edirəm ki, "Tvente"də də uğurlu olacaq.
Qeyd edək ki, Enes Ünal 2015-ci ildə "Bursaspor"dan "Mançester Siti"yə cəlb olunub. O, ötən mövsümün ilk yarısının Belçikanın "Genk", ikinci yarısını isə Hollandiyanın "Breda" klubunda keçirib.