"Qarabağ"ın rəqibinin baş məşqçisinin son şansı

Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibi olan "İnter" klubu baş məşqçisi Valter Matsari ilə yollarını ayıra bilər.

Newsport.az-ın "IL Corriere dello Sport"a istinadən verdiyi məlumata görə, komandanın A Seriyasında uğursuz çıxışı rəhbərliyi narazı salıb.

A Seriyasında ardıcıl "Kalyari" (1:4) və "Fiorentina"ya (0:3) uduzan "İnter"in çalışdırıcısı üçün "Napoli" ilə görüşün son şans olduğu bildirilir. Milan təmsilçisinin bu görüşdə də məğlub olacağı təqdirdə Matsarinin komandadan qovulacağı iddia edilir.

Qeyd edək ki, A Seriyasından fərqli olaraq "İnter"in Avropa Liqasında işləri yolunda gedir. Komanda ilk görüşündə səfərdə "Dnepr"ə 1:0, evdə "Qarabağ"a 2:0 hesabı ilə qalib gəlib.  





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right