Bonucci-Azərbaycanla matçın favoriti olsaq da...

İtaliya milli komandasının futbolçusu Leonardo Bonucii “Avro-2016”nın seçmə mərhələsində oktyabrın 10-da yığmamızla qarşılaşacaqları oyun haqda fikirlərini bildirib.

Newsport.az-ın İtaliya mətbuatına istinadən yaydığı xəbərə görə,  27 yaşlı müdafiəçi matçın favoriti olduqlarını, lakin Azərbaycan millisinə hörmətlə yanaşdıqlarını deyib.

“Bəli, biz cütün favoriti hesab olunuruq. Üstəlik doğma meydanda mübarizə aparacağıq. Seçmə mərhələyə Norveç üzərində qqələbə ilə başladıq. Bu uğurun  davamını gətirəcəyik. Bilirik ki, rəqib bizə qarşı yaxşı motivasiya olub. Məncə, onlar səfərdə sərbəst oynayacaq. Matçın favoriti hesab olunsaq da, rəqibə hörmətlə yanaşmalıyıq. Həmçinin, bizi Xorvtiya ilə ağır oyun gözləyir. Buna görə də Azərbaycanla oyunda yaxşı nəticə vacibdir ”.

Xatırladaq ki, İtaliya – Azərbaycan oyunu oktybarın 10-u, Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.  





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right